Polis maşınında iflic olan şəxs 45 milyon dollar təzminat alacaq

Polis maşınında iflic olan şəxs 45 milyon dollar təzminat alacaq backend

ABŞ-nin Konnektikut ştatında nəzarətdə olarkən təhlükəsizlik kəməri taxılmadığı üçün polisə məxsus mikroavtobusda yaralanaraq iflic olan vətəndaş Rendi Koks qaldırdığı iddiada 45 milyon dollar təzminat qazanıb.

Qaziler.az xəbər verir ki, New Haven şəhərindən edilən yazılı şərhdə, saxlanılaraq polis maşınına mindirilən və hərəkətdə olarkən təhlükəsizlik kəməri taxılmadığı üçün iflic keçirən 36 yaşlı Koksa 45 milyon dollar təzminat ödənilməsi ilə bağlı razılığın əldə edildiyi ifadə edilib.

Bələdiyyə ilə Koksun vəkilləri arasındakı sözləşmə, sözügedən hadisədə Koksu iflic edən iki polis məmurunun işdən çıxarılması qərarından iki gün sonra elan edilib.

New Haven meri Castin Eliker qeyd edib ki, 45 milyon dollar bu sahədə ABŞ-da müəyyən edilmiş ən yüksək təzminat rəqəmidir.

QAZİLER.AZ

Diaspora