Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiyanın gələn ay başa çatacaq Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxma ehtimalından narahatlığını ifadə edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Quterreş mətbuat konfransında verilən sualla bağlı Qara Dəniz Taxıl Dəhlizi Sazişi təşəbbüsünün davam etdirilməsi üçün işlərini davam etdirəcəklərini söyləyib.
Rusiyanın təşəbbüsdən geri çəkilmə ehtimalından narahat olub-olmadığını soruşduqda, Quterreş, "Əvvəla, bəli, mən bundan narahatam, lakin biz təşəbbüsü saxlamaq və Rusiyanın ixraclarını asanlaşdırmaq üçün çox çalışırıq", - deyib.
QAZİLER.AZ