Uğur Şahin və həyat yoldaşı mühakimə olunacaq

Uğur Şahin və həyat yoldaşı mühakimə olunacaq backend

Almaniyada “BioNTech” tərəfindən istehsal edilən Covid-19 peyvəndini vurdurduqdan sonra yan təsirlərini müşahidə etdiyini iddia edən bir qadın şirkətə qarşı 150 ​​min avroluq təzminat davası açıb. Məhkəmə işinin ilk iclası bazar ertəsi Hamburqda keçiriləcəyi bildirilir.

Qaziler.azEuronews”a istinadla xəbər verir ki, qadın peyvənddən dolayı  baş ağrısı, yorğunluq və yuxu pozğunluğundan əziyyət çəkdiyini iddia edir.

Məhkəmə işi ilə məşğul olan “Rogert & Ulbrich” hüquq firmasının ortağı Tobias Ulbrich “Reuters”ə bildirib ki, onlar “BioNTech” peyvəndinin risk-fayda profilinin Avropa Birliyi tənzimləyiciləri və Almaniya peyvəndi nəzərdən keçirmə agentlikləri tərəfindən müsbət qiymətləndirilməsinə etiraz etməyi planlaşdırırlar.

Ulbrich həm də pandemiya dövründə peyvənd istehsalçılarına qarşı sosial media yazıları ilə tanınır.

Bununla belə, Almaniyanın əczaçılıq qanunvericiliyinə əsasən, dərman və ya peyvənd istehsalçıları yan təsirlərə görə kompensasiya ödəməyə borcludurlar.

Covid-19 peyvəndinin yan təsirlərinə görə ilk dəfə təzminat iddiası ilə üzləşən Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan “BioNTech” “Pfizer” ilə birlikdə peyvəndin yan təsirləri ilə irəli sürülən iddiaların haqsız olduğunu bildirir.

Dünyada təxminən 1,5 milyard insanın peyvənd olunduğunu, bunun 64 milyondan çoxunun Almaniyada olduğunu qeyd edən şirkət Avropa Dərman Agentliyinin (EMA) “BioNTech” peyvəndinin istifadəsinin təhlükəsiz olduğuna dair hesabatına istinad edir.

QAZİLER.AZ

Diaspora