İsveçdə Quranı yandırmaqla bağlı QƏRAR: “Sərbəstsiniz”

İsveçdə Quranı yandırmaqla bağlı QƏRAR:  “Sərbəstsiniz” backend

Ali Məhkəmə İsveçdə bütün dünyada tənqidlərə səbəb olan irqçi Paludanın Qurana hücumlarına qadağa qoyulması ilə bağlı yeni qərarını açıqlayıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, İsveç polisinin təhlükəsizlik baxımından Quran yandırılmasını qadağan edən qərarı Ali Məhkəmə tərəfindən ləğv edilib.

Məhkəmə polisdən Qurani-Kərimin yandırılmasını qadağan edən qərarı ləğv etməsini istəyib.

Qeyd edək ki, fevral ayında İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyində, fevral ayında isə Afrika əsilli Kris Makoundout Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmaq istəyiblər. Polis təhlükəsizlikdən dolayı bu təxribatlara icazə verməyib.

QAZİLER.AZ

Diaspora