“Google”un avtonom taksisi ilk dəfə ölümcül qəzaya düşüb

“Google”un avtonom taksisi ilk dəfə  ölümcül qəzaya düşüb backend

Son illərdə avtonom avtomobil texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Həmin şirkətlərdən biri də gələcəkdə tam sürücüsüz robot taksi xidməti təqdim etməyi planlaşdıran “Google”un şirkəti “Waymo” illərdir sınaqdan keçirdiyi sürücüsüz (avtonom) taksi xidmətini xalqın istifadəsinə verib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın “Phoenix” şəhərində istifadəyə verilən xidmətlə şirkətin smartfon tətbiqini yükləyən istifadəçilər 80 kvadrat kilometrlik ərazidə sürücüsüz taksiyə minə bilərlər.

Lakin “Waymo”nun “Jaguar I-Pace” avtomobili şirkətin tarixində ilk dəfə ölümcül qəza törədib. Şirkətin mətbuat xidmətindən verilən açıqlamada avtonom taksilərdən birinin itə çırpılaraq onun ölümünə səbəb olduğu açıqlanıb. Sürücü oturacağında əyləşən ekspert isə hadisənin qarşısını ala bilməyib.

Şirkət rəsmiləri bildiriblər ki, avtomobil dayanmış avtomobilin arxasından çıxan iti dəqiq təsbit edib, lakin təmasdan yayına bilməyib.

Nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarına uyğun olaraq saatda təxminən 40 km sürətlə hərəkət etdiyi bildirilib.

QAZİLER.AZ

Diaspora