Fransanın paytaxtı Parisin olduğu İle-de-Frans bölgəsində yağan leysan yağış selə çevrilib.
Qaziler.az bildirir ki, sosial mediada yayılan görüntülərdə dünən yağan güclü yağışın təsiri ilə Parisdə küçə və yolların su altında qaldığı görülüb.
Bundan başqa, daşqın səbəbindən metro nəqliyyatında ciddi çətinliklər yaranıb.
Parisin 11-ci, 19-cu və 20-ci məhəllələrindəki kafe və mağazalar seldən ciddi ziyan görsə də, bəzi iş yerləri su altında qalıb.
Bundan başqa, bəzi avtomobillər yollarda qalıb.
QAZİLER.AZ