Ərdoğan: “İki mindən çox PKK-çı öldürülüb”

Ərdoğan: “İki mindən çox PKK-çı öldürülüb” backend

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların başladığı 22 iyul 2015-ci il tarixindən indiyə qədər nə qədər terrorçunun öldürüldüyünü açıqlayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan hərbi təyyarələrin dəqiq koordinatlar əsasında terrorçulara zərbələr endirdiyini bildirib: “Kəşfiyyat orqanlarımız içəridə və Kandil dağı da daxil olmaqla, xaricdə lazımi çalışmalar həyata keçiriblər. Koordinatlar Silahlı Qüvvələrimizin əlindədir. Onlar həmin koordinatlar əsasında vururlar, boşuna dağı-daşı yox. Terrorçuların sursat anbarlarından tutmuş, gizləndikləri yerlərə qədər, koordinatlar əsasında zərbələr endirilir. Təkcə hava əməliyyatları deyil, quruda da əməliyyatlar aparılır”.

R. T. Ərdoğan 1300-ü ölkə daxilində olmaqla, ümumilikdə 2 mindən çox PKK terrorçusunun məhv edildiyini söyləyib.

Rusiyaya səfərinə də toxunan prezident Moskvada yeni inşa olunan məscidin açılışına qatılacağını deyib: “Moskvada 10 min nəfərlik möhtəşəm bir cami inşa edilib. Bu caminin açılışını həyata keçirəcəyik. Hörmətli Mahmud Abbas və Putinlə görüşəcəyik. Putinlə görüşümüzün əsas mövzusu Suriya olacaq. Aldığımız xəbərlər və verilən açıqlamalar xoş deyil. Bunların olması bizi ciddi şəkildə üzüb. Biz Rusiyanın ən çox təbii qaz satdığı ölkəyik, 35 milyard dollarlıq qarşılıqlı ticarət var. “Türk axını” məsələsində Rusiya lazımi addımları hələ atmayıb. Bunların hamısını müzakirə edəcəyik”.
Diaspora