Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama telefon danışığında Aİ-nin miqrasiya böhranının nizamlamasına dair addımlarını müzakirə ediblər. “İki ölkə lideri ümumavropa əməkdaşlığının vacibliyini qeyd edərək qaçqınların Aİ-nin bütün üzvləri arasında ədalətli şəkildə paylaşdırılmasının lazım olduğunu vurğulayıblar”, deyə rəsmi məlumatda bildirilir.
Bundan əvvəl Aİ ölkələrinin DİN nazirləri qaçqınlara üçün kvota haqqında qətnaməni dəstəkləyiblər.Obama və Merkel qaçqın problemini müzakirə etdilər

