Tramp: Məhkum olunsam belə, prezidentlik yarışında iştirakdan imtina etmək niyyətində deyiləm

Tramp: Məhkum olunsam belə, prezidentlik yarışında iştirakdan imtina etmək niyyətində deyiləm backend

Məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsəm belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyiləm.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.

“Mən heç vaxt mübarizəmi tərk etməyəcəyəm. Baxın, mən getmək istəsəydim, 2016-cı ildə ilkin prezidentlik yarışından əvvəl çıxıb gedərdim. Çətin idi. Nəzəri cəhətdən mümkün deyildi”, - deyə keçmiş ABŞ lideri qeyd edib.

Nəşrin qeyd etdiyi kimi, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun Ağ Ev uğrunda mübarizədə iştirakını mümkünsüz etmir.

 

 

Diaspora