Həcc ziyarətində olan zəvvarlar bu gündən Ərəfat çölündə Həcc əməllərinə başlayıblar. APA TV-nin Məkkədə olan müxbirinin verdyi məlumatına görə, zəvvarlar gecə saatlarında Ərəfata yola düşüblər. Bu gün günortadan axşam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar.
Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. 454 metr hündürlüyündəki dağAdəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir.Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır.