Bu ilin yazında Everest dağına dırmaşan 12 nəfər həyatını itirib, 5 alpinist isə hələ də itkin düşmüş hesab olunur.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, mayın 21-də 40 yaşlı avstraliyalı alpinist Ceyson Kennisonun arzusunu həyata keçirmək üçün dırmaşdığı Everestdən enərkən oksigen çatışmazlığından ölməsi, son vaxtlar dağda baş verən ölüm hadisələrini yenidən gündəmə gətirib.
Mütəxəssislər bildirirlər ki, hadisələrin qarşısını almaq və ağır şəraitdə sağ qalmaq üçün dağa çıxmağa başlamazdan əvvəl ciddi hazırlıq görülməlidir.
Sözügedən rəqəmlər 2019-cu ildə yaşanan 11 ölüm faktını ötüb keçib ki, bu da artıq son zamanların ən ölümcül ili hesab olunur.
Bu il meydana gələn ölüm hallarının başlıca səbəbi Everestdə davamlı buz sürüşməsi, hündürlüklərdə və yüksəkliklərdə oksigen çatışmazlığı olub.
QAZİLER.AZ