İsveçin baş naziri və müdafiə naziri bəyan edib ki, ölkə NATO-ya üzv olmadan alyansın ölkə ərazisində bazalar yaratmasına icazə verə bilər.
Qaziler.az “euronewsturkish”ə istinadla xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson və müdafiə naziri Pal Jonsonun "Dagens Nyheter" qəzetində dərc olunan birgə məqaləsində qeyd edilib.
"Hökumət İsveç Silahlı Qüvvələrinin NATO və NATO üzv ölkələrin gələcəkdə birgə hərbi əməliyyatları həyata keçirmək üçün hazırlıqlara başlamaq qərarına gəlib", - məqalədə yazılıb.
"Hazırlıqlar İsveç ərazisində xarici texnika və personalın müvəqqəti yerləşdirilməsini əhatə edə bilər. Bu qərar Rusiyaya aydın siqnal göndərir və İsveçin müdafiəsini gücləndirir", - məqalədə deyilir.
İsveç keçən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qonşusu Finlandiya ilə NATO-ya tamhüquqlu üzv olmaq üçün müraciət etmiş, lakin Türkiyə və Macarıstan tərəfindən veto qoyulmuşdu.
Finlandiya apreldə üzv olsa da, İsveçin üzvlüyü hələ baş tutmayıb. Stokholm administrasiyası gələn ay Litvada keçiriləcək NATO Sammitindən əvvəl üzvlük üçün yaşıl işıq gözləyir.
QAZİLER.AZ