Türkiyədən edilən şengen vizası müraciətlərinə imtina halları artır. Məsələ ilə bağlı gözlər Brüsselin üzərindədir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədəAvropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anita Hipper açıqlama verib. O bildirib ki, müraciətlərin rədd nisbətindəki artım təkcə Türkiyəyə aid deyil:
“Aydın deməliyəm ki, bu məsələnin Türkiyə ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Hipper koronavirus epidemiyası səbəbilə viza qiymətləndirmə proseslərində gecikmələr olduğunu bildirib:
“Hazırda tələbat yenidən artır. Bu, bəzən viza prosedurlarına da təsir edir. Bununla belə, bir daha qeyd etmək istərdim ki, bu təkcə, Türkiyəyə aid deyil”.
2022-ci ildə Türkiyədəki nümayəndəliklər vasitəsilə edilən şengen vizası müraciətlərinin yüzdə 15-i rədd edilsə də, bu il bu nisbət yüzdə 50-yə yüksəlib.
QAZİLER.AZ