“Apple” ilin əvvəlindən bəri Türkiyədə “iPhone” qiymətlərini 4-cü dəfə bahalaşdırıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, son qiymət artımlarından sonra Türkiyə dünyanın ən bahalı “iPhone” satılan ölkəsi olub.
Bir neçə gün əvvəl edilən artımla ən ucuz “iPhone 14”ün qiyməti 35 min 999 lirədən 37 min 999 lirəyə yüksəlib. Yeni artımla isə bu qiymət 42 min 999 TL-yə yüksəliş edib.
Ən bahalı model olan “iPhone 14 Pro Max” 1 TB-nin qiyməti 63 min 999 lirədən 67 min 999 lirəyə yüksəlib. Son artımla isə bu modelin qiyməti 76 min 499 TL-yə yüksəliş göstərib.
Beləliklə, son qiymət artımlarından sonra Türkiyə dünyanın ən bahalı “iPhone” satılan ölkəsi olub.
Qeyd edilib ki, yanvarın 1-dən etibarən “iPhone 14”ün qiyməti 37 faiz artıb. 1 yanvar 2023-cü ildə “iPhone 14” 128 GB-nin qiyməti 1650 dollar idisə, 8 iyun 2023-cü ildə 1840 dollara çatıb.
“iPhone”ların çox bahalı satıldığı ikinci ölkə 1547 dollarla Braziliya olub. Üçüncü ən bahalı ölkə isə 1307 dollarla Macarıstandır.
Dolların kursuna görə “iPhone 14” 128 GB-nin ölkələrə görə qiyməti:
Türkiyə 1842,28 dollar
Braziliya 1547.82 dollar
Macarıstan 1307,14 dollar
Çexiya 1199,91 dollar
Danimarka 1192,14 dollar
Meksika 1210,60 dollar
Hollandiya 1090,44 dollar
Belçika 1090,44 dollar
Almaniya 1069.04 dollar
Avstriya 1069,04 dollar
İrlandiya 1101.15 dollar
İtaliya 1101,15 dollar
Portuqaliya 1111.85 dollar
Finlandiya 1111.85 dollar
İspaniya 1079,74 dollar
Fransa 1090,44 dollar
Lüksemburq 1054,40 dollar
İsveçrə 1022,03 dollar
Böyük Britaniya 1056,88 dollar
Hindistan 967,72 dollar
Yeni Zelandiya 967,09 dollar
Sinqapur 963,15 dollar
Norveç 995,55 dollar
Tayland 945,32 dollar
Cənubi Koreya 957,11 dollar
Filippin 1017.00 dollar
Çin 841.50 dollar
Yaponiya 855,82 dollar
Tayvan 907,85 dollar
Malayziya 911,34 dollar
Honq Konq 879,78 dollar
Avstraliya 931,69 dollar
Birləşmiş Ərəb Əmirlikləri 925,41 dollar
Kanada 822.27 dollar
ABŞ-da 799 dollar
QAZİLER.AZ