Rusiyadan “beyin axını” güclənib

Rusiyadan “beyin axını” güclənib backend

Rusiyada iqtisadi tənəzzül, beynəlxalq təcrid və internet üzərində nəzarətin güclənməsi ilə əlaqədar müxtəlif sahələrin peşəkarlarının ölkədən gedişi sürətlənib. İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, “beyin axını” əsasən texnologiyalar, maliyyə və hüquq sahələrində müşahidə olunur. Agentlik misal kimi “Coub” (Kub) videohostinqinin layihələr rəhbəri və veb-mütəxəssisi İqor Qladkoborodovu göstərir. İ. Qladkoborodov ABŞ-a mühacirət edib. “Beş il əvvəl hələ ümid var idi ki, hər şey yaxşıya doğru dəyişəcək. Lakin indi məlumdur ki, Rusiya uzunmüddətli sistem böhranı ilə üzləşib”, - deyə o, söyləyib.

Texnologiyalar sferasında ambisiyalı layihə - “Skolkovo” innovasiya mərkəzindən də axın müşahidə olunur. Bu mərkəzin inkişaf üzrə sabiq direktoru Maksim Kiselyov “Skokovo”nun “mühacirlər üçün inkubator”a çevrildiyini söyləyib.

ABŞ və Avropa İttifaqının sanksiya zərbəsi ilə üzləşmiş bank sektorundan peşəkarların gedişi də sürətlənib. Siyasi motivlərlə Rusiyanı tərk edənlər də var. Rusiyanın Krımı ilhaq etməsindən və Qərblə münasibətlərinin pisləşməsindən sonra İsrail vətəndaşlığı almaq üçün müraciöt edən yəhudi əsilli rusiyalıların sayı da artıb.
Diaspora