Kiçik qız anasının kredit kartı ilə oyunlara 64 min dollar xərclədi

Kiçik qız anasının kredit kartı ilə oyunlara 64 min dollar xərclədi backend

Çində 13 yaşlı qız anasının kartından istifadə edərək mobil oyunlara 64 min dollar xərcləyib. Məlum olub ki, kiçik qız 10 sinif yoldaşına pul köçürüb.

Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, İnsiderdə yer alan xəbərə görə, 13 yaşlı uşağın anası Qonq Yivanq məktəbdən zəng gələnə qədər qızının bank kartından pul çıxarmasından xəbəri olmayıb.

Telefon zəngindən sonra ana bank kartındakı hesabı yoxlayır və məlum olub ki, kartında 7 sent qalıb.

Talesiz ana qızının yanvar-may ayları arasında oyunlara təxminən 16.800 dollar xərclədiyini müəyyən edib. Tətbiqdaxili satınalmaların da təxminən 30 min dollara başa gəldiyi məlum oldu.

Məlum olub ki, kiçik qız 10 sinif yoldaşına pul köçürüb. Beləliklə, xərc təxminən 64 min dollar olub.

QAZİLER.AZ

 

Diaspora