Kosovoda baş verən hadisələrdən sonra türk əsgərinin NATO-nun tələbi ilə Kosovada yerləşdirilməsindən məmnun olan kosovalılar həmin anları sosial şəbəkədə paylaşıblar. Videoda Türkiyə Silahlı Qüvvələrinin hərbi karvanı da əks olunub.
Qaziler.az bildirir ki, NATO-nun tələbi ilə 24 ildən sonra Kosovoya qayıdan türk komandoları bölgəyə çatıb.
Bölgə vətəndaşlarının lentə aldığı görüntülər onların yaşadıqları sevinci üzə çıxarıb.
Türk əsgərini görən kosovalılar həmin anları lentə alaraq İbrahim Tatlısəsin mahnısı ilə paylaşıblar.
Başqa bir videoda TSQ-nın hərbi karvanı yer alıb.
Kosovo ilə Serbiya arasında gərginlik davam edir.
Mayın 26-da Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində keçirilən yerli seçkilərdə qalib gələn Alban merlərinin andiçmə mərasimi Kosovo serbləri tərəfindən etirazla qarşılanıb.
Sonra ölkədə gərginlik artmağa başlayıb.
Bunun üzərinə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) bölgədəki şəxsi heyətin sayını artırıb.
Daha bir dəstək Türkiyədən gəlib. Türkiyə Silahlı Qüvvələri komando batalyonunu 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına həvalə edib və 24 ildən sonra Kosovoya qayıdan türk komandoları artıq bölgəyə çatıb.
QAZİLER.AZ