Macarıstanda rus pravoslav kilsəsinin Zakarpatiyadan olan bir qrup ukraynalı hərbi əsiri ölkəyə təhvil verdiyini bildiriblər.
Bu barədə RBC-Ukrayna Macarıstanın ATV nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Macarıstanın baş nazirinin kilsə işləri üzrə müavini Jolt Şemyen 11 məhbusun köçürülməsini koordinasiya edib.
“Bu, mənim insanlıq və vətənpərvərlik borcumdur", - deyə o, bildirib.
Şemyen " xalqın maraqlarını" əsas gətirərək şərh verməkdən imtina edib. Bununla belə, o qeyd edib ki, bu, “Rus Pravoslav Kilsəsinin Macarıstana münasibətdə jestidir və bu insanlar öz azadlıqlarını buna borcludurlar”.
QAZİLER.AZ