MİT-dən Suriyada əməliyyat - PKK-çı Helin İşenme yaxalandı

MİT-dən Suriyada əməliyyat - PKK-çı Helin İşenme yaxalandı backend

Türkiyənin Milli İstihbarat Təşkilatı PKK-nın sözdə kəşfiyyatçısı Helin İşenmeni qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyərkən yaxalayaraq saxlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən MİT PKK/KCK-PYD/YPG-nin "Mənbic" adlanan kəşfiyyat təşkilatında olan terrorçunu Suriya sərhədində yaxalayıb.

Milli Kəşfiyyat Təşkilatı(MİT) "Mənbic kəşfiyyat təşkilatı"nın PKK/KCK-PYD/YPG-nin tərkibində olan Sterk/Amara, Amed/Sena kod adlı Helin İşenme Suriyadan Türkiyəyə keçmək istəyərkən sərhəddə saxlayıb. 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya Milli Ordusunun yerli təhlükəsizlik qüvvələrinin verdiyi kəşfiyyat dəstəyi ilə MİT-in təşkil etdiyi əməliyyat nəticəsində terror təşkilatı üzvü İşenme Türkiyəyə keçmək istəyərkən yaxalanıb. 

2016-cı ildə təşkilata qatılan və 2017-ci ildə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə Diyarbəkir 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilən İşenme təhlükəsizlik qüvvələrinə təhvil verilib. AA

QAZİLER.AZ

Diaspora