Orban NATO-nu şantaj etmək istəyirsə, Macarıstan Alyansdan kənarlaşdırılmalıdır - Polşalı general

Orban NATO-nu şantaj etmək istəyirsə, Macarıstan Alyansdan kənarlaşdırılmalıdır -  Polşalı general backend

Macarıstanın Alyansın, yoxsa Rusiyanın tərəfində olduğuna qərar vermək üçün kifayət qədər vaxtı var idi. Macarıstanın baş naziri Viktor Orban NATO-nu şantaj edərsə, ölkə təşkilatdan çıxarılmalıdır.

Qaziler.az bildirir ki, bunu “Ukrinform”a müsahibəsində polşalı ekspert, Polşa Quru Qoşunlarının keçmiş komandanı Valdemar Skşiçaka deyib.

Onun sözlərinə görə, NATO Macarıstana “ağlını başına yığması üçün kifayət qədər vaxt verib.

"Əgər Macarıstan Putinin tərəfindədirsə, ona "sarı vərəqə" göstərmək və belə demək lazımdır: əgər mövqeyinizi dəyişməsəniz, NATO-dan çıxın. Macarıstan bütün Alyansı terrora məruz qoyur. NATO-da macar şantajını dayandırmaq lazımdır. Əgər Orban NATO-nu şantaj etmək istəyirsə, o zaman Macarıstan Alyansdan çıxarılmalıdır”, - deyə general bildirib.

Skşiçak əlavə edib ki, Alyansda hər iki tərəfə oynayan ölkələr qala bilməz. NATO demokratiyanı, azadlığı və sülhü müdafiə edənlərə açıq monolit strukturdur.

QAZİLER.AZ

 

Diaspora