Haqqında çox az şey bilinən, hər şeyi bilən adam - Alman mətbuatı Hakan Fidan haqqında

Haqqında çox az şey bilinən, hər şeyi bilən adam - Alman mətbuatı Hakan Fidan haqqında backend

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla bağlı alman mətbuatından yeni analiz gəlib. Fidan üçün “hər şeyi bilən adam” ifadələrini işlədən almanlar xarici işlər nazirinin MİT-də olduğu müddətdə kölgə xarici işlər naziri kimi işlədiyini bildiriblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş sədri Hakan Fidanın Xarici İşlər Naziri təyin edilməsi gündəmdə qalmaqda davam edir.

Almaniya RND-dən xarici işlər naziri Hakan Fidanla bağlı yeni bir analiz gəlib.

Türkiyə siyasətində heç kimin Hakan Fidandan daha çox sirr bilmədiyini yazan RND, Fidanla prezident Rəcəb Tayyib Ərdoğan arasında sıx etibar əlaqəsi olduğunu yazıb:

"MİT-in başında 13 il işlədikdən sonra bəlkə də Fidan qədər sirr bilən yoxdur. Bu onu Türkiyənin ən güclü adamlarından biri edir. Türkiyədə hamı Fidanın adını bilsə də onun haqqında çox az şey məlumdur".

QAZİLER.AZ

Diaspora