Fransa Senatı qanun layihəsinin şübhəlilərin telefonlarındakı kamera və mikrofonların uzaqdan izlənməsinə icazə verən müvafiq maddəsini qəbul edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, senat şübhəlilərə rəqəmsal cihazlarına uzaqdan müdaxilə etməyə imkan verən "Ədalət Qanunu"nu müzakirə edir.
Terror və mütəşəkkil cinayət kimi işlərdə telefon, kompüter və planşet kimi rəqəmsal cihazlardan səs və video yazmaq üçün mikrofon və kameraların işə salınmasını və izləməsini təmin edən qanun layihəsinin 3-cü maddəsini qəbul edən Senat, danışıqları iyunun 13-dək davam etdirəcək.
Qanun layihəsinin bəzi maddələri, məsələn, şübhəlilərin rəqəmsal cihazlarına uzaqdan müdaxilə hakimin qərarı ilə mümkün olacaq.
Bəzi senatorların etirazı ilə “5 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şübhəli işlərdə” cihazların yerinin monitorinqi ilə bağlı maddə “ən azı 10 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şübhəli hallar”a dəyişdirilib.
Qanun layihəsi Senatda qəbul olunarsa, Milli Assambleyada qanunvericilərin təsdiqinə təqdim ediləcək. AA
QAZİLER.AZ