Fransada bıçaqlı hücum: 8-i uşaq olmaqla 9 nəfər yaralanıb

Fransada bıçaqlı hücum: 8-i uşaq olmaqla 9 nəfər yaralanıb backend

Fransanın Ansi şəhərində bıçaqlı hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, Fransa mətbuatında çıxan xəbərə görə, səhər saat 09:45 radələrində Ansidə bir şəxs parkın yaxınlığında uşaqlara bıçaqla hücum edib.

Hadisə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.

Polis hücumda şübhəli bilinən şəxsi saxlayarkən, yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Hücumun baş verdiyi bölgədəki Haute-Savoie qubernatorluğu insanları hadisə yerindən uzaq durmağa çağırıb.

QAZİLER.AZ

 

Diaspora