Kadırov çəkdiyi videoda Rusiyadakı Çin hərbi texnikasını yayımladı - FOTO

Kadırov çəkdiyi videoda Rusiyadakı Çin hərbi texnikasını yayımladı - FOTO backend

Rusiya Federasiyasında ilk dəfə Çinə məxsus hərbi texnika – “China Tiger” zirehli avtomobilləri görüntülənib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Defence Express” yayımlayıb.

İyunun 6-da Çeçenistan lideri Ramzan Kadırov “Axmat” üçün nəzərdə tutulan hərbi texnikanın bir hissəsi ilə bağlı video yayımlayıb. Analitiklər görüntülərdə Çinə məxsus 8 ədəd “Chine Tiger” zirehli maşınların əldə edildiyini müşahidə ediblər.

Belə ki, əvvəllər Çin texnologiyası Rusiyada qeydə alınmırdı. “Oryx” analitikləri təsdiqləyiblər ki, ruslar “Shaanxi Baoji Special Vehicles” tərəfindən istehsal olunan “China Tiger” zitehli texnikasını alıblar.

QAZİLER.AZ

Diaspora