İrandan İsrailə ivrit dilində mesaj: “Təl-Əvivə 400 saniyə”

İrandan İsrailə ivrit dilində mesaj:  “Təl-Əvivə 400 saniyə” backend

İranın ilk hipersəsli ballistik raketinin reklam afişaları paytaxt Tehranın müxtəlif yerlərində “Təl-Əviv 400 saniyədə” başlığı ilə asılıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, plakatlarda “Təl-Əvivə 400 saniyə” şüarının fars, ivrit və ərəb dillərində yazılması diqqət çəkib.

Şəhərin müxtəlif yerlərində, eləcə də Tehranın Fələstin meydanında asılan nəhəng plakatlar sosial mediada İsrail üçün təhlükə kimi şərh edilib.

İran iyunun 6-da Tehranda prezident İbrahim Rəisinin və yüksək rütbəli hərbi rəsmilərin iştirak etdiyi mərasimdə "Fettah" adlı ilk hipersəsli ballistik raketini nümayiş etdirib.

Raket sərgiləndikdən sonra bəzi ölkələr vəziyyəti narahatedici kimi qiymətləndirib.

QAZİLER.AZ

Diaspora