CNN-in direktoru vəzifəsindən istefa verib

CNN-in direktoru vəzifəsindən istefa verib backend

ABŞ-da yerləşən CNN televiziyasının yeni təyin olunmuş baş meneceri Kris Lixtin vəzifəsini tərk etdiyi açıqlanıb.

Qaziler.az “sputniktürk”ə istinadla xəbər verir ki, kanala bağlı olan “Warner Brothers Discovery” bəyanatında Lixtin "dərhal qüvvəyə minərək" istefa verdiyini və müvəqqəti rəhbər təyin etdiyini açıqlayıb.

“Warner Brothers Discovery”nin baş direktoru David Zaslav "Şəxsən və peşəkar olaraq Krisə böyük hörmətim var. CNN-i idarə etmək işi heç vaxt asan olmayacaqdı, xüsusən də böyük dağıntılar və transformasiyalar dövründə o, ürəyini qoydu və işinə canını və ruhunu qoydu”, -deyə şərh edib.

Açıqlamaya əsasən, CNN-ə müvəqqəti vitse-prezidentlər Emi Entelis, Virciniya Mozli və Erik Şerlinq, həmçinin əməliyyatlar üzrə baş direktor Devid Livi rəhbərlik edəcək.

QAZİLER.AZ

Diaspora