Meksikada Türkiyə üçün toplanan yardımlar satıldı - VİDEO

Meksikada Türkiyə üçün toplanan yardımlar satıldı - VİDEO backend

Meksikalı jurnalist Pamela Cerdeira Mexiko şəhər bələdiyyəsinin zəlzələ qurbanları üçün toplanan yardımların Türkiyəyə göndərmək əvəzinə satıldığını açıqlayıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.

Belə ki, bu ilin fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər zamanı 11 vilayətdə dağıntılardan əziyyət çəkən insanlara yardımda meksikalı jurnalist Pamela Cerdeira da iştirak edib. O, zəlzələ bölgəsinə yardımın göndərilməsi üçün Mexiko bələdiyyəsinə düyü və tualet kağızı təslim edib. Lakin jurnalist şübhələndiyi üçün göndərdiklərinin aqibəti ilə maraqlanıb. Məlum olub ki, onun "Airtag" texnologiyası ilə izlədiyi məhsullar Türkiyəyə göndərilməyib, bələdiyyə tərəfindən yerli bazara satılıb.

Qalmaqalın üzə çıxması nəticəsində Mexiko şəhər bələdiyyəsində böyük qamaqal yaşanıb.

QAZİLER.AZ

Diaspora