Katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk qarnındakı yırtıqdan dolayı əməliyyat olunmaq üçün İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına aparılıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, papanın əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacağı gözlənilir.
Vatikanın sözçüsü Matteo Bruni yırtığın təkrarlanan, ağrılı və pisləşən simptomlara səbəb olduğunu və Papanın sağlamlığından məsul olan kəslərin əməliyyatın zəruri olduğuna qərar verdiyini söyləyib:
“Günortadan sonra ümumi anesteziya altında laparotomiya və qarın divarı əməliyyatı keçirəcək. Əməliyyatdan sonra sağalmağı tam təmin etmək üçün tibb müəssisəsində qalma bir neçə gün çəkəcək”.
Qeyd edək ki, gənc yaşda tənəffüs yolu infeksiyasına görə ağciyərlərinin bir hissəsini çıxaran Papa, sağ dizindəki bağların dartılması və kiçik diz sınığı səbəbiylə bir ildən çoxdur ki, əlil arabasındadır.
QAZİLER.AZ