ABŞ-da 2021-ci ildə silahlı zorakılıq nəticəsində gündəlik ölənlərin sayının təxminən 134 nəfər olduğu, eyni səbəbdən hər 11 dəqiqədə bir nəfərin öldüyü açıqlanıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Johns Hopkins Silah Zorakılığı Məsələləri Mərkəzi tərəfindən hazırlanan hesabatda qeyd olunub. Hesabata görə, ölkədə silahlı zorakılıq nəticəsində ölənlərin sayı 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Sözügedən zorakılıq səbəbiylə ölkədə can itkisi əvvəlki illə müqayisədə 3 min 600 nəfər artaraq 48 min 830 min nəfərə çatıb.
Hesabatda 20 min 958 nəfərin silahlı cinayətin qurbanı olduğu, 26 min 328 nəfərin isə silahla intihar etdiyi qeyd edilib.
"Silahlar bir daha Covid-19-u, avtomobil qəzalarını və xərçəngdən ölüm hallarını geridə qoyaraq, 2021-ci ildə də uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbi olub” - hesabatda deyilir.
Bundan əlavə, hesabatda qaradərililərin digər qruplara nisbətən 14 dəfə çox silahlı zorakılıq nəticəsində həyatını itirdiyi vurğulanıb.
QAZİLER.AZ