Qısa müddətdə bütün dünyaya yayılan süni intellekt texnologiyası müzakirə mövzusu olmaqda davam edir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, xəbərdarlıq bəyanatlarından birini Britaniyanın baş naziri Rişi Sunakın texnologiya müşaviri Mett Klifford verib.
Clifford xəbərdarlıq edib ki, süni intellekt iki il ərzində ölümcül silahların istehsalına kömək edə bilər.
İngiltərə hökumətinə süni intellekt iş qrupunun yaradılmasına kömək edən Klifford “TalkTV”-nin proqramında süni intellekt, bioloji silahlar və kiber hücum təhdidləri ilə bağlı qiymətləndirmələr aparıb.
Klifford, süni intellekt sistemlərinin sürətlə inkişaf etdiyini və getdikcə daha bacarıqlı hal aldığını vurğulayıb. O, qeyd edib ki, texnologiyaya nəzarət etmək üçün bir yol tapılmasa, siyasətçilərin kiberhücumlardan bioloji silahların yaradılmasına qədər müxtəlif təhdidlərə hazır olmalıdır.
QAZİLER.AZ