İlanla şəkil çəkdirmək yeniyetmə qıza baha başa gəldi

İlanla şəkil çəkdirmək yeniyetmə qıza baha başa gəldi backend

ABŞ-da zəhərli ilan onu şəkil çəkdirmək üçün əlinə götürən qızı dişləyib.

ABŞ-da Virciniya ştatından olan 15 yaşlı qız effektli foto üçün zəhərli ilan əlinə götürüb və sağlamlığından olub.

Bu barədə Yahoo News məlumat yayıb.

Yeniyetmənin anası Eşli Speyn hadisə barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, qız çimərlik yaxınlığında dostları ilə gəzərkən ilanı görüb. Yeniyetmə bunun zəhərli olmayan qarter ilan olduğunu düşünüb, və şəkil çəkdirmək üçün onu tutub. Ancaq məlum oldu ki, o, gürzə ailəsindən olan zəhərli ilandır.

Dostları yeniyetmənin şəklini çəkdikdən dərhal sonra ilan onun biləyindən sancıb. Qızın əli şişməyə başlayıb. Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb, həkimlər ona antidot iynəsi vurublar. Vaxtında həkimə müraciət etmək yeniyetmənin həyatını xilas edib. Bir müddət sonra qız xəstəxanadan buraxılıb və o, hələ də qolundakı ağrılardan şikayətlənsə də, onun həyatına heç bir təhlükə yoxdur.

Speyn sosial şəbəkədə yazıb: "Lütfən, uşaqlarınızın təbiətin gözəl olduğunu, lakin çox təhlükəli ola biləcəyini bildiyinə əmin olun".

QAZİLER.AZ

mənbə: Lenta.ru

Diaspora