PKK üzvü Kənan Ayas Almaniyada həbs edilib

PKK üzvü Kənan Ayas Almaniyada həbs edilib backend

Terror təşkilatı PKK üzvü olduğu iddiası ilə haqqında axtarış qərarı çıxarılan və Kipr Rum Administrasiyası (KKİ) tərəfindən Almaniyaya ekstradisiya edilən Kənan Ayasın həbs olunduğu bildirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Federal Baş Prokurorluqdan verilən açıqlamada, Ayasın 31 may 2022-ci il tarixində çıxarılan həbs qərarı əsasında xarici terror təşkilatı PKK-ya üzv olmaq ittihamı ilə həbs edildiyi bildirilib.

Açıqlamada Türkiyə vətəndaşlığı olan Kənan Ayasın Larnakadan Frankfurt hava limanına gələrkən polis tərəfindən saxlanılaraq hakim qarşısına çıxarıldığı, həbs qərarı oxunduqdan sonra Ayaşın həbsxanaya göndərildiyi bildirilib.

Kənan Ayasın 15 mart 2023-cü il tarixindən etibarən "Avropa həbs qərarı" ilə Cənubi Kipr Rum Administrasiyası tərəfindən saxlanıldığını və iyunun 2-də Almaniyaya təhvil verildiyini xatırladan açıqlamada Ayasın 2018-ci ilin sentyabr ayından etibarən PKK-nın aktiv üzvü, terror təşkilatının sözdə Hamburq bölgəsindən məsul işəxsi olduğu vurğulanır.

QAZİLER.AZ

Diaspora