Finlandiya 9 rus diplomatını ölkədən çıxarır

Finlandiya 9 rus diplomatını ölkədən çıxarır backend

Finlandiya hökuməti 9 rus diplomatını ölkədən çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Helsinki Finlandiya hökumətinin qərarı ilə 9 rus diplomatını tezliklə ölkədən çıxarmaq niyyətindədir. Respublika Nazirlər Kabinetinin müvafiq qərarı Finlandiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Xarici İşlər Nazirliyi hökumətin qərarının "Finlandiya prezidenti ilə ölkə hökumətinin Xarici və Təhlükəsizlik Siyasəti Komitəsinin birgə iclası çərçivəsində qəbul edildiyini" bildirib.

Finlandiya hakimiyyəti Rusiyadan olan diplomatları kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edib.

QAZİLER.AZ

 

Diaspora