Qazaxıstan su hövzələrinin yaxınlığında spirtli içki içməyi qadağan edə bilər

Qazaxıstan su hövzələrinin yaxınlığında spirtli içki içməyi qadağan edə bilər backend

Ötən il Qazaxıstanda boğulanların əksəriyyəti spirtli içkinin təsiri altında olub.

Kazinform-un müxbiri xəbər verir ki, bununla əlaqədar Qazaxıstanın baş naziri Əlixan Smailov dövlət qurumlarına bunun qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb.

“Qeyd edək ki, boğulanların əhəmiyyətli hissəsi sərxoş vəziyyətdə olub. Bu halların təxminən 70%-ni təşkil edir. Daxili işlər orqanları maraqlı dövlət orqanları ilə birlikdə bunun qarşısının alınması üçün müvafiq iş təşkil etməlidir. Xəbərdarlıq və inzibati tədbirlərlə su hövzələrinin yaxınlığında spirtli içkilərdən istifadənin qarşısını almaq lazımdır”, - deyə Əlixan Smailov Qazaxıstan Respublikası Hökumətinin iclası zamanı bildirib.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, xüsusilə istirahət və bayram günlərində suyun yaxınlığındakı istirahət zonalarında patrul xidmətini gücləndirmək lazımdır.

Eyni zamanda, Əlixan Smayılov Sənaye Nazirliyinə rayonların amirlikləri ilə birlikdə kiçik qayıqların istismarına nəzarət etmək üçün tədbirlər görməyi tapşırıb, çünki nasaz qayıqlara insanların minməsi halları faciəvi şəkildə bitib. Bu məsələdə ciddi nəzarətə ehtiyac var.

QAZİLER.AZ

Diaspora