Çinin ilk kruiz gəmisi Şanxay limanını tərk edib

Çinin ilk kruiz gəmisi Şanxay limanını tərk edib backend

"Adora Magic City" adlanan ilk Çin istehsalı böyük kruiz gəmisi Şanxaydakı limanı tərk edərək estakada dayanıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə“EADaily” “Sinxua” xəbər agentliyinə istinadən xəbər verir. Gəminin istismarına 2023-cü ilin sonunda başlanacağı gözlənilir.

Nəşrin məlumatına görə, bu günə kimi laynerdə tikinti işləri 93 faizdən, daxilindəki işlər isə 85 faizdən çox yerinə yetirilib. Adora Magic City uzunluğu 323,6 m, eni 37,2 m və yerdəyişmə qabiliyyəti 135 500 ton olan nəhəng gəmidir. Lüks mehmanxana, kinoteatr və akvaparkı olan layner 6500-dən çox sərnişini qəbul edə biləcək.

Layner sifarişçiyə təhvil verildikdən sonra o, Şanxaydan Yaponiya və Cənub-Şərqi Asiyaya yola düşəcək. Kruiz gəmisi "Dəniz İpək Yolu" boyunca orta və uzun məsafəli marşrutlar üçün istifadəyə veriləcək.

QAZİLER.AZ

Diaspora