Əfqanıstanda üz qırxmaq qadağan edildi

Əfqanıstanda üz qırxmaq qadağan edildi backend

Əfqanıstandakı “Taliban” hökuməti qadağalarına yenisini əlavə edib. İndiyə qədər qadınlara qadağalar qoyan təşkilat indi kişilərə üz qırmağı qadağan edib.

Qaziler.az “HaberlGlobal”a istinadla xəbər verir ki, bu barədə Herat Elm və Fəzilət şöbəsinin rəhbəri Əbdül Rəhman açıqlamasında deyib:

“20 illik cəhalətdən sonra gənc nəsil təbii olaraq bizim əmrlərimizdən üzüləcək. Amma başa düşmək lazımdır ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün müsəlman kimi görünməliyik”.

Qərara bərbərlər də reaksiya verib. Həmçinin saqqal uzatmaq istəməyənlər bu qərarın əleyhinə olduğunu bildiriblər.

QAZİLER.AZ

Diaspora