Qanada səhiyyə sistemi çökmək üzrədir

Qanada səhiyyə sistemi çökmək üzrədir backend

İngiltərədəki Milli Səhiyyə Sisteminin iş üçün müraciətinə baş vuran qanalı tibb bacıları, daha yüksək maaş və yaşayış şəraiti üçün İngiltərəyə axın edir.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, bu vəziyyət Qanadakı səhiyyə sisteminin çökməsinə gətirib çıxarıb.

Tibb bacılarının beynəlxalq peşəkar təşkilatları kasıb ölkələrdən olan tibb işçilərinin beyin axınının “nəzarətdən çıxdığını bildirib.

Belə ki, BBC Qanadakı səhiyyə sisteminin beyin axınından dərin təsirləndiyini göstərən məlumatlar əldə edib.

Qərbi Afrika ölkəsi olan Qanada bir çox uzman tibb bacısı daha yüksək maaşlı iş üçün ölkəni tərk edərək Qərb ölkələrinə gedir.

İngiltərədəki səhiyyə sistemi isə son illər kadr boşluğunu Avropa İttifaqından kənar ölkələrdən gələn işçilərlə doldurmağa çalışır.

QAZİLER.AZ

Diaspora