Türk podratçıların ən çox işlədiyi ölkələr açıqlanıb

Türk podratçıların ən çox işlədiyi ölkələr açıqlanıb backend

Yanvar-may aylarında Türkiyə podratçılıq sənayesinin xaricdə həyata keçirdiyi layihələrin məbləği 6,5 milyard dollar olub. 1972-ci ildən mayın sonuna qədər sektor 133 ölkədə 479,5 milyard dollar dəyərində 11745 layihədə iştirak edib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, 1972-ci ildən bəri podratçı şirkətlər tərəfindən xaricdə həyata keçirilən layihələrin ölkələr üzrə bölgüsündə Rusiya 20,4 faizlə birinci yerdədir. Bu günə kimi sözügedən ölkədə 97,9 milyard dollarlıq layihə həyata keçirilib.

Rusiyanı 10,6 faizlə Türkmənistan izləyir. Bu ölkədə həyata keçirilən layihələrin həcmi 50,8 milyard dollar təşkil edib. Üçüncü yerdə 6,9 faiz və 33,1 milyard dollarlıq layihələrlə İraq qərarlaşıb. Bu ölkələri Liviya və Qazaxıstan izləyib.

Podratçılıq sənayesində Səudiyyə Ərəbistanı da 5,2 faiz pay və 24,9 milyard dollarlıq layihə dəyəri ilə diqqət çəkib.

Bu günə qədər ən çox layihənin həyata keçirildiyi sahələrə nəzər saldıqda ilk yeri 13,9 faizlə mənzil layihələri tutub. Bu layihələrin dəyəri isə 66,6 milyard dollardır.

QAZİLER.AZ

Diaspora