"Almaniya hazırda dünyanın heç bir ölkəsinə Türkiyədəkindən daha çox viza vermir".
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın Ankaradakı səfirliyinin tvitter hesabında paylaşım edilib. Bildirilib ki, 2023-cü ildə Türkiyədə təxminən 100 min şengen vizası verilib.
"Almaniyanın Ankara, İstanbul və İzmirdəki xarici nümayəndəlikləri 2023-cü ilin yanvar-may aylarında təxminən 100 min şengen vizası vermələrindən qürur duyurlar. Bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 50 faiz artaraq, pandemiyadan əvvəl 2019-cu ildəki səviyyəsinə çatıb. Bundan əlavə, 2023-cü ildə 18 mindən çox milli viza vermişik. Almaniya hazırda dünyanın heç bir ölkəsinə Türkiyədəkindən daha çox viza vermir. Bu, viza şöbələrindəki 112 əməkdaşımızın fədakar səylər sayəsində mümkün olub”, - deyə paylaşımda qeyd edilib.
QAZİLER.AZ