Yaponiya 2024-cü ildə kosmosa taxta peyk buraxacaq

Yaponiya 2024-cü ildə kosmosa taxta peyk buraxacaq backend

Son zamanlar inkişaf etdirdiyi uğurlu texnologiyaları ilə gündəmə gələn Yaponiya, hazırda peyklərin dizaynını kökündən dəyişdirmək üçün çalışır.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 50 ildən artıqdır ölkə daxilində ağac kəsmə və ağac emalı ilə məşğul olan "Sumitomo Forestry" adlı şirkət Kyoto Universiteti ilə razılaşmaya əsasən, 2024-cü ildə dünyanın ilk taxta peykini hazırlayıb kosmosa göndərməyi hədəfləyir.

Ağacların odun halına salınması və kosmosda istifadəsinə əsaslanan araşdırmanın məqsədi dünyada ekstremal hava şəraitinin yaşandığı yerlərdə ağac materiallarının istifadəsini təşviq etməkdir.

Taxta materialın kosmosda yüksək davamlılığı bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyada Kyoto Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq qrup tərəfindən sınaqdan keçirilmiş və təsdiq edilmişdir.

Taxta material elektromaqnit dalğalarına və ya Yerin maqnit sahəsinə təsir göstərmir. Buna görə də ağacdan hazırlanmış peykin içərisinə antena və hündürlük tənzimləyici mexanizmləri yerləşdirmək mümkündür.

Bundan əlavə, taxta peyk orbitdən qayıdarkən heç bir zərərli maddə buraxmadan və heç bir qalıq qoymadan atmosferdə yandırılaraq tamamilə məhv edilə bilər.

Nəzərə alsaq ki, Yer orbitində peyklərdən tutmuş boltlar və vintlərə qədər 23.000 ədəd zibil yığını var, bunun kosmik texnologiyalarda inqilabi yenilik olacağı düşünülür. 

QAZİLER.AZ

Diaspora