İsrail qüvvələri fələstinlinin evini dağıdıb - VİDEO

İsrail qüvvələri fələstinlinin evini dağıdıb - VİDEO backend

Çox sayda fələstinlinin yaralandığı və nəzarətə alındığı hücumlardan sonra İsrail güvvələri bir ailənin evini sənədsiz olduğunu əsas gətirərək söküb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Şərqi Qüdsdə iyunun 1-dən başlayan gərginlik hələ də davam etməkdədir.

Uşaqdan tutmuş gənclərə kimi çoxlu sayda vətəndaşın yaralandığı bölgədə fələstinlilər də qarşılıq verməyə başlayıb. Hadisə zamanı 22 fələstinli nəzarət altına alınıb.

Bu gün isə fələstinli Yəhya Tutah ailəsinə aid olan ev dağıdılıb. İsrail qüvvələri sənədsiz olduğunu iddia edərək evi söküblər. Ailə isə həmin anları göz yaşları içində seyr edib.

QAZİLER.AZ

Diaspora