Ukrayna pilotlarının ilk qrupu Böyük Britaniyaya gedib

Ukrayna pilotlarının ilk qrupu Böyük Britaniyaya gedib backend

Ukraynalı pilotların ilk qrupu təlim keçmək üçün Böyük Britaniyaya göndərilib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşdən sonra bildirib.

Şmıqal sosial şəbəkədə yazıb ki, onlar Xarici İşlər Nazirliyinin rəhbəri ilə hərbi yardım, bərpa və NATO-ya inteqrasiya məsələlərini müzakirə ediblər. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Alyansın standartlarına uyğun formatlaşdırılması birbaşa döyüş meydanında aparılır.

"Sarsılmaz dəstəyə, “qırıcı koalisiya”nın yaradılmasında rəhbərliyinizə və pilotlarımızı yetişdirmək istəyinizə görə sizə təşəkkür edirik. Pilotların ilk qrupları artıq Britaniyaya göndərilib”, - Ukraynanın baş naziri bildirib.

QAZİLER.AZ

Diaspora