Almaniyanın Xemnits şəhərində yaşayan 70 yaşlı kişinin ölməsini 1,5 ildir heç kimin görməməsi ölkə mediasında gündəm olub.
Qaziler.az “Sozcu”yə istinadla xəbər verir ki, şəhərdə mənzildə yaşayan 70 yaşlı Latislav B.-nin evdən qəribə qoxular gəlməyə başlayıb. Qonşular bundan şübhələnib və aidiyyəti qurumlara məlumat veriblər. Evə gələn polislər qapını döysə də, içəridən cavab gəlməyib və onlar qapını sındıraraq içəri daxil olublar. Qonaq otağına daxil olan polislər qarşılarındakı mənzərəyə şok olublar. Onlar yaşı kişinin cansız bədəninin divanda çürüdüyünü görüblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Latislav B. təxminən 1,5 il əvvəl divanda keçinib. Heç bir dostu və qonşusu olmayan Latislav B.-nin divanında paltar və aksesuarları, televizor pultu tapılıb.
QAZİLER.AZ