ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasından namizəd olan Nikki Haley Ukraynanın müharibəni uduzmasının dünya müharibəsinə səbəb ola biləcəyini bəyan edib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Haley bu barədə CNN televiziyasının “CNN Town Hall” proqramında sualları cavablandırarkən deyib.
Rusiya-Ukrayna müharibəsində Ukraynaya verilən dəstəyin əhəmiyyətini vurğulayan Haley: "Bu (müharibə) Ukraynadan daha böyükdür. Bu bir azadlıq savaşıdır və qalib gəlməli olduğumuz bir müharibədir" ifadələrini işlədib.
Ukraynanın qələbəsinin hər kəs üçün vacib olduğuna diqqət çəkən Haley bunları deyib:
"Çin Honq-Konqu alacağını dedi və aldı. Rusiya Ukraynanı işğal edəcəyini söylədi, biz də bunu izlədik. Çin deyir ki, sırada Tayvan dayanır və biz onlara inansaq yaxşı olar. Rusiya "Növbəti Polşa və Baltikyanı ölkələrdir" dedi. Bu baş verərsə, biz dünya müharibəsini seyr edirik deməkdir. Ukraynaya dəstək, bu, müharibənin qarşısını almaq üçündür”.
Haley vurğulayıb ki, Ukraynaya pul və ya qoşun göndərməklə deyil, müttəfiqlərlə lazımi avadanlıq və təchizatı verməklə kömək etmək lazımdır.
Belə ki, Ukraynanın qələbəsinin Çin, İran və Şimali Koreya kimi ölkələrə lazımi mesajı verəcəyini söyləyən Haley, "Rusiya geri çəkilsə, müharibə bir gündə bitəcək. Ukrayna geri çəkilsə, o zaman hamımız dünya müharibəsini seyr etmiş olacağıq”, - deyib.
QAZİLER.AZ