“StatCounter” tərəfindən dərc edilən may ayının məlumatlarına görə, dünyanın ən məşhur internet brauzeri 66,02 fazilə “Google Chrome” olmağa davam edir.
2022-ci ilin martında “Apple Safari”ni geridə qoymağı bacaran “Edge” bu ilin aprel ayında yerini “Safari”yə verib. Belə ki, “Safari” may ayında ikinci yeri tutub.
Yalnız Mac kompüterlərində mövcud olsa da, “Apple”ın masaüstü brauzeri “Safari” 12,79 faiz bazar payı ilə ikinci ən populyar brauzer seçilib.
Son zamanlar bir çox süni intellekt tətbiqini istifadəçilərə təqdim edən Edge 9,91 faizlə üçüncü yerdədir.
Qaziler.az xarici KİV-ə istinadla ən çox istifadə olunan veb brauzerləri təqdim edir:
Google Chrome - 66,02%
Apple Safari - 12,79%
Microsoft Edge - 9,91%
Mozilla Firefox - 5,59%
Opera - 4,02%
Ən çox istifadə edilən mobil brauzerlər
Google Chrome - 61,09%
Apple Safari - 27,81%
Samsung İnternet - 4,97%
Opera - 1,8%
UC Brauzeri - 1,54%
QAZİLER.AZ