"ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək". "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müstəqillik günü münasibətilə Fransa prezidenti Fransua Ollandın Serj Sarqsyana göndərdiyi məktubda deyilir.
"Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək", - məktubda deyilir.Almaniyanın Federal prezidenti Yoahim Qauck da S.Sarqsyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayıb.