İsrail iyunun 3-də sərhəddəki insidentdə 3 İsrail əsgərini öldürən misirli mühafizəçinin meyitini təhvil verib.
İ24 telekanalının saytında yer alan xəbərə görə, sərhəddəki qarşıdurmada ölən misirlinin cənazəsi ölkəsinə təhvil verilib.
İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərində qarşıdurmada ölən Misir təhlükəsizlik zabitinin Qahirədən olan 22 yaşlı Məhəmməd Salah olduğu bildirilib.
Xəbərdə mərhum misirlinin fotosu da paylaşılıb.
İsrail ordusu iyunun 3-də Misirlə sərhəddə baş verən qarşıdurma nəticəsində 3 əsgərinin [ldwywnw açıqlayıb.
Açıqlamada əsgərlərə atəş açan .şəxsin misirli “polis zabiti” olduğu və İsrail əsgərinin cavabı nəticəsində öldürüldüyü qeyd edilib.
Misir ordusundan verilən açıqlamada isə, qarşıdurmada bir "təhlükəsizlik işçisinin" narkotik qaçaqmalçılarını qovarkən sərhəd barrikadasını keçdiyi, bu zaman 3 İsrail əsgəri inin öldüyü, 2 İsrail əsgərinin isə yaralandığı açıqlanıb.
QAZİLER.AZ