Məhəmməd adlı müştərilərdən pul almır

Məhəmməd adlı müştərilərdən pul almır backend

İraqın Kərkük şəhərində dərzi işləyən İbrahim Gedikağa "Məhəmməd" adlı müştərilərinə Peyğəmbər sevgisinə görə pulsuz xidmət göstərir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, peşəsi üzrə onlarla şagird yetişdirdiyini, qazandığı pulla 4 övladının oxuyub evləndiyini bildirib.

Məhəmməd peyğəmbərə olan sevgisindən danışan Gedikpaşa, buna görə "Məhəmməd" adlı müştərilərindən pul almadığını deyir.

Bu fikrini biznesini açdıqdan bir neçə il sonra reallaşdırdığını bildirən Gedikağa, “Son 15 ildə Məhəmməd peyğəmbərin adını daşıyan bütün müştərilərimə hər cür dərzilik xidmətlərini pulsuz təqdim edirəm. Məhəmməd peyğəmbərin adını yaşatmaq üçün belə bir əmələ başladım. Uşaq və ya böyük olmasından asılı olmayaraq yanıma gələn "Məhəmməd" adlı hər kəsə xidmə pulsuzdur".

Bu əməli dininə və Məhəmməd peyğəmbərə sədaqət borcu kimi xarakterizə edən Gedikağa, digər həmkarlarına da bunu arzuladı.

Kərkükdən olan İbrahim Gedikağa Məhəmməd peyğəmbərə olan sevgisinə görə bir övladına və iki nəvəsinə "Məhəmməd" adını verdiyini qeyd edib.

QAZİLER.AZ

 

Diaspora