Roma Papası: “Rusiyasız mümkün deyil“

Roma Papası: “Rusiyasız mümkün deyil“ backend

"Rusiyasız müasir dünyada heç bir problemi həll etmək mümkün deyil". APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı Roma Papası Fransisk Kuba şəhərlərinə səfəri zamanı təyyarədə verib.

"Rusiya olmadan beynəlxalq aləmdə hər hansı mübahisəli məsələnin aradan qaldırılması çətindir", - deyə o, əlavə edib.

Xatırladaq ki, pontifik özünün ABŞ da daxil olmaqla xaricə onuncu səfərini məhz "Azadlıq adası"ndan başlayıb. Fransisk Vatikanla Rusiya səfirliyinin əlaqələrini də yüksək qiymətləndirib.

O, ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş Assambleyasının iclasında iştirak və çıxış edəcək. Vatikan nümayəndə heyəti üzvlərinin bildirdiyinə görə, Fransisk BMT tribunasından Yaxın Şərq probleminin, xüsusilə Suriya məsələsinin həlli yollarının tezləşdirilməsinin vacibliyindən danışacaq.

Diaspora