Əfqanıstanda 80-ə yaxın məktəbli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə öz mənbələrinə istinadən “Sky News” məlumat yayıb.
Hadisə Sari-Pul əyalətində baş verib. Təhsil şöbəsinin sözçüsü Məhəmməd Rəhmani bildirib ki, qızlar naməlum şəxslər tərəfindən qəsdən zəhərlənib. Onun sözlərinə görə, bir ibtidai məktəbdən 60, digərindən isə 17 şagird xəstəxanaya yerləşdirilib.
Hazırda zərərçəkənlərin hamısının vəziyyəti qənaətbəxşdir.
QAZİLER,AZ